Modern.az

Gələn il artacaq maaşları bu ilin inflasiyası “yeyib-bitirib”

Gələn il artacaq maaşları bu ilin inflasiyası “yeyib-bitirib”

24 Dekabr 2021, 17:13

“Ölkədə dövlət ümumi təhsil müəssisələrində 150 minə yaxın müəllim çalışır, onların orta aylıq maaşı 564 manatdır, əgər maaşlar 20% artsa, yanvardan həmin şəxslər 674 manat maaş alacaqlar”.

 

Modern.az xəbər verir ki, bu fikirləri iqtisadçı ekspert Natiq Cəfərli bildirib.

 

Onun sözlərinə görə, rəsmi rəqəmlərə görə, ərzaq məhsulları illik müqayisədə 14,9% bahalaşıb.

 

“Bu rəsmi rəqəmlərdir, qeyri-rəsmi hesablamalar ərzaq məhsullarında bahalaşmanın 30% civarında olduğunu göstərir. Nəzərə alsaq ki, ölkə əhalisi qazancının 52%-ə yaxınını ərzaq məhsullarına xərcləyir, bu o demək dir ki, gələn il artacaq maaşları bu ilin inflasiyası “yeyib-bitirib””.

 

N.Cəfərli qeyd edib ki, maaş və təqaüdlərin, sosial müavinatların artması çox yaxşıdır:

 

“Amma əgər hökumət inflyasiyanın artım tempini aşağı salmasa, qiymətlər sabitləşməsə, artımların əhalinin real gəlirlərinin artmasına heç bir təsiri olmayacaq. İnflyasiya ilə mübarizə üçün hökumətin əlində kifayət qədər iqtisadi və inzibati-hüquqi alətlər var. Dövlət tərəfindən tənzimlənən qiymətlərin aşağı çəkilməsi (dizel, benzin, su, qaz, elektrik qiymətlərinin 20% ucuzlaşdırılması), vergilərin və gömrük rüsumlarının diferensial yanaşma ilə formalaşdırılması, rəqbətli mühitin yaradılması – bu addımlar olmasa, dünyada da gedən qiymət artımı idxal inflyasiyası kimi daxili xroniki problemlərin üzərinə gələrək, inflyasiyanı sürətləndirəcək, əhalinin yoxsullaşması prosesi davam edəcək”.

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Dövlət çevrilişinə CƏHD- həbslərə başlanıldı: Nə baş verir?