Modern.az

Yoluxma azaldı - 12 nəfər öldü

Yoluxma azaldı - 12 nəfər öldü

24 Dekabr 2021, 18:34

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 559 yeni yoluxma faktı qeydə alınıb, 1 104 nəfər müalicə olunaraq sağalıb.

 

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Modern.az-a verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 12 nəfər vəfat edib.

 

İndiyədək ölkədə ümumilikdə 613 618 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 592 828 nəfər müalicə olunaraq sağalıb, 8 269 nəfər vəfat edib. 12 521 nəfər aktiv xəstə sayını təşkil edib.

 

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 9 602, bu günə qədər isə ümumilikdə 5 798 493 test icra olunub.

 

 
Whatsapp
Bizə yazın!
Keçid et
Pezeşkian Əliyevdən bunu xahiş etdi