Modern.az

İki baş redaktor nazir Eldar Mahmudova müraciət etdi

İki baş redaktor nazir Eldar Mahmudova müraciət etdi

Media

17 Dekabr 2012, 18:55

“Yenu müsavat” qəzetinin və musavat.com saytının təsisçisi və baş redaktoru Rauf Arifoğlu, eləcə də “Qafqazinfo.az” saytının təsisçisi və baş direktoru Elbrus Ərud Azərbaycan Respublikasının milli təhlükəsizlik naziri general-polkovnik  Eldar Mahmudova müraciət ediblər.
Modern.a
z baş redaktorların müraciətini təqdim edirr:

- Hörmətli cənab nazir!

Son dövrlərdə ölkəmizin bir sıra aparıcı elektron kütləvi informasiya vasitələrinə qarşı, xüsusilə “Yeni Müsavat” qəzetinin internet səhifəsinə (musavat.com) və “Qafqazinfo” (qafqazinfo.az) saytına qarşı kiber hücumlar edilir. Bu hücumlar bəzi məlumatlara görə, xarici ölkələrdən, digər informasiyalara görə isə, ölkə daxilindən törədilir. Kiberterrorçular adı çəkilən mətbuat orqanlarında gedən informasiyaların internet vasitəsilə yayılmasına ciddi fəsad törədir və onların internet səhifələrinin fəaliyyətini yararsız hala salırlar. Bütün bunlar hər iki media orqanının geniş oxucu kütləsinə çatdırılmasına böyük zərbə vurur. Bu isə həm “Yeni Müsavat”ın , həm də “Qafqazinfo.az”ın internet səhifəsinin ciddi maddi zərərə məruz qalmasına səbəb olub.

Hörmətli Eldar müəllim!

“Yeni Müsavat” və “Qafqazinfo” saytlarına edilən kiber hücumlar şübhəsiz, ölkəmizin informasiya təhlükəsizliyinin necə böyük bir təhdid altında olduğunu göstərir. Xatırlatmaq istərdik ki, hər iki mətbuat orqanının internet səhifəsi gündəlik üst-üstə 150 min ziyarətçisi ilə Qafqazın ən çox oxunan informasiya portallarıdır.
Bu hərəkətlər təkcə iki xəbər saytının fəaliyyətinə, nüfuzuna, reklam siyasətinə qarşı yönəlməyib, eyni zamanda ölkədəki informasiya təhlükəsizliyinə zidd kibercinayətkarlıq aktlarıdır. Bu, eyni zamanda ölkənin beynəlxalq nüfuzuna zərbədir.
Bu səbəbdən Sizdən həmin hücumların mənbələrinin tapılması və qəzetimizin informasiya təhlükəsizliyinin təmin edilməsi məqsədilə müvafiq tədbirlərin görülməsi barədə göstəriş vermənizi xahiş edirik.

Sizə yeni x var
Keçid et
Müharibədə İLK YAŞANDI - Ərdoğan Putinlə Zelenskini görüşdürəcək