Modern.az

Husilər 430 raket, 851 dron buraxıb

Husilər 430 raket, 851 dron buraxıb

Dünya

27 Dekabr 2021, 00:18

Yəməndəki paytaxt Səna şəhəri daxil olmaqla bir çox bölgəsinə nəzarət "Husi" qiyamçıları ölkədə vətəndaş müharibəsinin başladığı 2015-ci ildən etibarən Səudiyyə Ərəbistanına 430 ballistik raket, 851 dron buraxıb.

 

Modern.az xəbər verir ki, bu barədə "Reuters" agentliyi Səudiyyə rəsmilərinə istinadən məlumat yayıb.

 

Zərbələr nəticəsində Səudiyyə Ərəbistanının 59 vətəndaşı həlak olub.

 

Vətəndaş müharibəsi 7 ilə yaxındır davam edir və danışıqlar faktiki olaraq dalana dirənib. Bu müddət ərzində minlərlə mülki şəxs həlak olub, tez minlərlə insan ölkəni tərk edib.

 

Akif İsmayılov

Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama