Modern.az

BMT-nin baş katibindən yeni pandemiyalarla bağlı XƏBƏRDARLIQ

BMT-nin baş katibindən yeni pandemiyalarla bağlı XƏBƏRDARLIQ

Dünya

27 Dekabr 2021, 08:22

Hazırkı pandemiya bəşəriyyət üçün sonuncu olmayacaq, yenilərinin yaranmasına hazırlaşmaq lazımdır.

 

Modern.az-ın məlumatına görə, bu barədə BMT baş katibi Antonio Qutteriş öz "Twitter" səhifəsində yazıb.

A.Quterreş bildirib ki, COVID-19 bəşəriyyətin üzləşdiyi son pandemiya olmayacaq:

 

"Hazırkı səhiyyə sistemi böhranını həll edərkən, növbəti vəziyyətə hazırlaşmalıyıq".

BMT rəhbəri çağırış edərək qeyd edib: "Beynəlxalq epidemiyaya qarşı hazırlıq günündə gəlin bu məsələyə layiq olduğu diqqəti və sərmayəni verək".

Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama