Modern.az

Məktəblərdəki “Kiçik akademiya”ların SAYI

Məktəblərdəki “Kiçik akademiya”ların SAYI

27 Dekabr 2021, 08:53

2021-ci təqvim ilində paytaxtın ümumi təhsil müəssisələrində “Kiçik akademiya”ların fəaliyyəti genişləndirilib.

 

Bakı Şəhəri Təhsil İdarəsindən Modern.az-a verilən məlumata görə, 307 ümumi təhsil müəssisəsində “Kiçik akademiya” fəaliyyət göstərir.

 

“Kiçik akademiya”ların fəaliyyətinin gücləndirilməsinə dair BŞTİ-nin Tədbirlər Planına əsasən, paytaxtın bütün məktəblərində “Kiçik akademiya” yaradılması nəzərdə tutulur.

 

Təcrübə mübadiləsini genişləndirmək üçün Bakı şəhərinin hər inzibati rayonunda 1 məktəb “Kiçik akademiya” üzrə mərkəz olaraq müəyyənləşdirilib. Həmçinin Bakı şəhəri üzrə “Kiçik akademiya”ların saytı da yaradılıb (bakuka.az).

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər