Modern.az

Türkiyə-Ermənistan qarşıdurması sona çatır

Türkiyə-Ermənistan qarşıdurması sona çatır

27 Dekabr 2021, 10:40

“Hazırda Cənubi Qafqazda fərqli vəziyyət yaranıb. Erməni lobbisinin bütün gücünü sərf etdiyi cəhdlər boşa çıxdı".

 

Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, bunu Türkiyə Prezident Administrasiyasının sözçüsü İbrahim Kalın deyib.

 

Onun sözlərinə görə, Cənubi Qafqazda Türkiyə-Ermənistan və ya türk-erməni qarşıdurması artıq sona çatır:

 

“Qarabağın azad olunması, yenidən Azərbaycana qovuşması ilə tarixdə yeni bir səhifə açılıb.Türkiyə və Ermənistan əlaqələrini normallaşdırmaq üçün qarşılıqlı addımlar atırlar. Əlaqələrin normallaşması ən çox Ermənistanın xeyrinə olacaq. Dənizə çıxışı olmayan, iqtisadi cəhətdən zəif və Rusiyanın təsiri altında olan Ermənistanın Türkiyə ilə əlaqələri normallaşdırmasının həm siyasi, həm də iqtisadi faydaları olacaq”.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər