“Əmək Pensiyaları haqqında” Qanuna görə, hazırda indeksləşmədə iki göstəricidən (orta aylıq əmək haqqının artım səviyyəsi və inflyasiya göstəricisi) istifadə edilir. Pensiya məbləği əvvəlki ildə orta aylıq nominal əmək haqqında artım tempinə, pensiya kapitalı isə infilyasiya göstəricisinə indeksasiya olunur”.
Modern.az xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov bildirib.
Onun sözlərinə görə, pensiyaların orta aylıq əmək haqqıdakı artım tempinə indeksasiyası son iki ildə pensiya məbləğlərində əvvəlki qaydalara nisbətən daha yüksək artıma səbəb olub:
“Bununla yanaşı, pandemiya təsirləri səbəbindən 2021-ci ildə inflyasiya səviyyəsinin orta aylıq əmək haqqı məbləğindəki artımdan çox olacağı gözlənilir.
Dövlət Statistika Komitəsinin məlumatına görə isə, 2021-ci ilin yanvar-noyabr aylarında istehlak qiymətləri indeksi (inflyasiya göstəricisi) 2020-ci ilin eyni dövrünə nisbətən 6,2 faiz artıb. Cari ilin noyabr ayında istehlak qiymətləri indeksi ötən ilin noyabr ayına nisbətən 10 faizə yaxın yüksəlib. Bu il orta aylq əmək haqqının isə 5.6 faiz artacağı gözlənilir”.
Deputat qeyd edib ki, əmək pensiyaları indeksasiya edilən zaman hər iki göstəricinin nəzərə alnması məqsədəuyğundur:
“Yəni, əgər orta aylıq əmək haqqıdakı artım infilyasiyadan daha çoxdursa, o zaman maaşa indeksasiya olunsun. İnfilyasiya göstəricisi əmək haqqı artımlarından daha çoxdursa, o halda pensiyalar qiymət artımlarındakı faizə indeksasiya olunsun. Yəni, indeksasiyanın bu iki göstəricidən ən yüksək faizi nəzərə alınmaqla edilməsi daha uyğundu. Bu halda, əmək pensiyaları indeksasiya nəticəsində daha çox artar və infilyasiya təsirlərini minimumlaşdırar”.
V.Bayramov sonda əmək pensiyalarında indeksasiya artımlarının reallığı və infilyasiya təsirlərinin minimumlaşdırılması baxımdan təklif olunan mexanizminin tətbiqini daha məqəsədəuyğun hesab edib.