Modern.az

Ötən il 15 yaşa çatmayan 165 qızın nikahı qeydə alınıb

Ötən il 15 yaşa çatmayan 165 qızın nikahı qeydə alınıb

27 Dekabr 2021, 11:57

Ötən il 165 nəfər 15 yaşınadək qızın nikahı qeydə alınıb.

 

Modern.az-ın məlumatına görə, bunu Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova Milli Məclisin bu gün keçirilən iclasında Gender bərabərliyinin təmin edilməsinə nəzarəti həyata keçirən müvafiq icra hakimiyyəti orqanının illik məlumatı təqdim edilərkən deyib.

 

O qeyd edib ki, 2020-ci ildə 18 yaşadək analar tərəfindən doğulan uşaqların sayı 1917 nəfər, 2019-cu ildə isə 2320 olub.

Whatsapp
Bizə yazın!
Keçid et
Paşinyan orduya nəzarəti itirdi-Generallardan atəş əmri