Türkiyə və Ermənistanın xüsusi nümayəndələrinin ilk görüşü Moskvada keçiriləcək.
Modern.az xəbər verir ki, bu barədə Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu bildirib.
Onun sözlərinə görə, bu təşəbbüslə Ermənistan tərəfi çıxış edib.
Xatırladaq ki, Türkiyə ABŞ-dakı keçmiş səfir Serdar Kılıçı Ermənistanla münasibətlərin normallaşdırılması üzrə xüsusi nümayəndə təyin edib.
Ermənistan tərəfdən isə xüsusi nümayəndə parlamentin vitse-spikeri Ruben Rubinyandır.