Daha 325 əcnəbi və vətəndaşlığı olmayan şəxs Prezident İlham Əliyevin Sərəncamı ilə Azərbaycan vətəndaşlığına qəbul edilib.
Dövlət Miqrasiya Xidmətindən Modern.az-a verilən xəbərə görə, həmin şəxslərdən 31 nəfəri Vətən müharibəsində Azərbaycanın ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak etmiş, o cümlədən şəhid olmuş hərbi qulluqçuların ailə üzvləridir.