Modern.az

63 təhsil işçisi təltif edilib

63 təhsil işçisi təltif edilib

27 Dekabr 2021, 13:36

Ölkə Prezidentinin sərəncamlarına əsasən, 2021-ci ildə BŞTİ-nin tabeliyindəki ümumi təhsil müəssisələrində fəaliyyət göstərən  63 nəfər təhsil işçisi təltif edilib.

 

Bakı Şəhər Təhsil İdarəsindən Modern.az-a verilən məlumata görə, Azərbaycan təhsilinin inkişafında xidmətlərinə görə 1 direktor 3-cü dərəcəli “Əmək” ordeni, 7 nəfər “Tərəqqi” medalı ilə təltif edilib. Paytaxt üzrə 7 müəllim isə “Əməkdar müəllim” fəxri adına layiq görülüb.

 

Həmçinin təhsil nazirinin əmri ilə 16 nəfər “Azərbaycan Respublikası qabaqcıl təhsil işçisi” döş nişanı ilə, 32 nəfər isə “Azərbaycan Respublikası Təhsil Nazirliyinin “Fəxri Fərmanı” ilə təltif olunub.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər