Modern.az

İran qonşu ölkələrlə sərhədləri 15 günlüyə bağladı

İran qonşu ölkələrlə sərhədləri 15 günlüyə bağladı

27 Dekabr 2021, 13:52

İran koronavirusun yeni “Omicron” ştamının qarşısını almaq məqsədi ilə ölkənin  quru sərhədlərini 15 günlük bağlayacağını açıqlayıb.

Modern.az xarici KİV-ə istinadən bildirir ki, İran rəsmiləri bu gündən etibarən Türkiyə, İraq, Əfqanıstan, Azərbaycan, Ermənistan və Pakistanla quru sərhədlərini bağlayıb.

Rəsmilər bayramla əlaqədar olaraq yeni ştamın yayılmasının qarşısını almaq üçün bu qərara gəldiklərini bildiriblər. Həmçinin qeyd olunub ki, ticarətlə bağlı ölkəyə giriş-çıxışa qadağa tətbiq edilməyib.

Qərar daim yaşayış, təhsil, ticarət və sağlamlıq vizası olanlara şamil olunmayacaq.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Dövlət çevrilişinə CƏHD- həbslərə başlanıldı: Nə baş verir?