Modern.az

Zəfər Amnistiyası 3369 nəfərə TƏTBİQ EDİLİB

Zəfər Amnistiyası 3369 nəfərə TƏTBİQ EDİLİB

27 Dekabr 2021, 15:22

“Noyabrın 5-də Milli Məclis tərəfindən qəbul edilən Amnistiya aktından iki aya yaxın vaxt keçib. Bu müddət ərzində Ədliyyə Nazirliyinin Penitensiar Xidmət üzrə 3369 nəfərə Amnistiya aktı tətbiq olunub”.

 

Bu fikirləri Modern.az-a açıqlamasında Prezident yanında Əfv Məsələləri Komissiyasının üzvü, Konstitusiya Araşdırmaları Fondunun rəhbəri Əliməmməd Nuriyev deyib.

 

Ə.Nuriyev deyib ki, iki ay müddətində bu qədər insana Amnistiya aktının tətbiqi  böyük göstəricidir:

 

“Proses hələ də davam edir. 4 ayın sonuda bu akt 5500 nəfəri əhatə edəcək. Artıq bunun üçdə ikisi tətbiq olunub. Amnistiya aktı tətbiq olunan məhkumun şəxsi işləri diqqətlə öyrənilir”.

 

“Ümid edirəm ki, Amnistiya aktı 4 aya deyil, daha tez müddətə başa çatacaq”, - deyə Ə.Nuriyev bildirib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Dövlət çevrilişinə CƏHD- həbslərə başlanıldı: Nə baş verir?