Modern.az

5 şirkətə kabel yayımı üçün lisenziya VERİLDİ

5 şirkətə kabel yayımı üçün lisenziya VERİLDİ

27 Dekabr 2021, 15:34

Bu gün Milli Televiziya və Radio Şurasının (MTRŞ) onlayn formatda iclası keçirilib.

 

Şuradan Modern.az-a verilən xəbərə görə, iclasda kabel şəbəkə yayımçısı lisenziyasının alınması üçün müraciətlərə baxılıb.

 

Şuranın müvafiq qərarları ilə "Beeonline" ASC-yə və "StarTelekom" MMC-yə abonent sayı 5000-dən çox olan kabel şəbəkə yayımçısı (yayım üsulu kabel və internet olmaqla) üçün müddətsiz lisenziya, "ArtKom.Net" MMC-yə, "Real Telecom" MMC-yə və "Fast Net Technology" MMC-yə isə abonent sayı 5000-dək olan kabel şəbəkə yayımçısı (yayım üsulu internet olmaqla) üçün müddətsiz lisenziya verilib.

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi