Həkim-yazıçı Məlahət Hümmətqızının “Ağ libaslı mələk” adlı kitabı çapdan çıxıb.
Modern.az xəbər verir ki, “Elm və təhsil ” nəşriyyatında işıq üzü görən kitabda müəlllifin son illər qələmə aldığı ” Biz birlikdə güclüyük”, “Sevgi hekayəsi”, “Həyat eşqi”, ” Sarımsaq”, “Ağ libaslı mələk”, ” Ana ürəyi”, ” Ümid işığı” və digər maraqlı hekayələri yer alıb.
M.Hümmətqızı TƏBİB-in çağırışına səs verərək 2020-ci ilin aprel ayından paytaxtın müxtəlif modul xəstəxanalarında çalışıb. Tədris Cərrahiyyə Klinikası, Abşeron, Bilgəh və Məhəmmədli modul tipli xəstəxanalarda könüllü olaraq koronovirus xəstələrini müalicə edib. Peşəkar həkim səhiyyə sahəsində səmərəli fəaliyyətinə görə TƏBİB tərəfindən “Təşəkkürnamə” alıb.
M.Hümmətqızı pandemiya dövründə çalışdığı xəstəxanalarda xəstələri ilə gördüklərini, yaşadıqlarını ürək yanğısı ilə qələmə alıb və beləcə “Ağ libaslı mələk” kitabı ərsəyə gəlib.