Modern.az

Köçəryan müxalifətin reytinqinin aşağı düşdüyünü ETİRAF ETDİ

Köçəryan müxalifətin reytinqinin aşağı düşdüyünü ETİRAF ETDİ

Dünya

27 Dekabr 2021, 17:16

Ermənistanın ikinci prezidenti Robert Köçəryan hesab edir ki, müxalifətin reytinqi aşağı düşüb.

 

“Biz sadəcə düşünürük və ümid edirik ki, reytinqimiz bərpa oluna bilər, lakin belə bir eniş şəraitində hakimiyyətin reytinqi bərpa oluna bilməz”, - Robert Köçəryan bu gün keçirdiyi mətbuat konfransında deyib.

 

Modern.az-ın məlumatına görə, Robert Köçəryan  Ermənistanda müxalifət mövqeyi ilə xalqı küçələrə çıxarmağa qadir olan digər siyasi qüvvələrin formalaşmasını alqışlayacağını vurğulayıb.

 

“Əgər kimsə bu işdə bizdən yaxşı bacararsa, biz onun yanında olmağa, bütün imkanlarımızla dəstəkləməyə hazırıq”, - Ermənistanın ikinci prezidenti qeyd edib.

Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama