Belarus konstitusiyasına əlavə və dəyişikliklər layihəsi ictimai müzakirə üçün dərc edilib.
Modern.az xəbər verir ki, layihə ölkənin Milli Hüquq İnternet Portalının saytında yerləşdirilib.
Konstitusiyanın yenilənməsi ilə bağlı referendum fevralın ikinci yarısında keçirilə bilər.
Konstitusiyaya edilən düzəlişlərdə qeyd edilir ki, Belarus prezidenti postunu bir nəfər iki müddətdən artıq tuta bilməyəcək.
Sənəddə yer alan bəzi təkliflər aşağıdakılardır:
- ÜmumBelarus Assambleyası konstitusiyanı pozduqda və ya dövlətə xəyanət etdikdə Belarus prezidentini vəzifəsindən kənarlaşdıracaq;
- Bir şəxs iki dəfədən artıq prezident postunu tuta bilməyəcək
- Belarus parlamentinin səlahiyyət müddəti beş ildir, uzadılması yalnız müharibə şəraitində mümkündür;
- Belarus Prezidenti vəfat etdikdə, dövlət orqanları Təhlükəsizlik Şurasının qərarlarına uyğun olaraq fəaliyyət göstərir;
- Səlahiyyətlərinin birinci və sonuncu ilində parlamentin buraxılmasına icazə verilmir;
- Parlamentin aşağı palatası baş naziri təyin etmək üçün prezidentə əvvəlcədən razılıq verməli olacaq;
- Yeni dəuişikliklər prezidentə silahlı üsyana cəhd, kütləvi və insanların həyatı və sağlamlığı və ya dövlətin ərazi bütövlüyünə təhlükə yaradan digər iğtişaşlar zamanı fövqəladə vəziyyət elan etmək hüququ verir;
- Konstitusiyada prezidentlik müddətinin sayı ilə bağlı dəyişikliklər yeni seçilmiş prezidentin andiçmə mərasimindən sonra qüvvəyə minir;
- ÜmumBelarus Assambleyası Belarusun ali nümayəndəli orqanına çevriləcək;
-Kkonstitusiya parlamentin hər bir palatasının tam tərkibinin ən azı üçdə ikisi və ya referendumda vətəndaşlar tərəfindən dəyişdirilə bilər;
- Belarusiyada seçkilərin əcnəbilər tərəfindən maliyyələşdirilməsi qadağan edilir və s.
Belarusun Konstitusiya Komissiyası bu ilin iyulunda Belarus prezidentinə konstitusiya layihəsi təqdim edib, lakin Aleksandr Lukaşenko onu komissiyaya qaytarıb. O izah edib ki, sənədi “uyğunlaşdırmaq” lazımdır, amma konkret olaraq nəyin uyğun olmadığını qeyd etməyib. Avqustda Konstitusiya Komissiyası ölkənin neytrallıq müddəasının çıxarılmasını təklif edib. Noyabr ayında yeni variant prezidentə təqdim olunub.
Akif İsmayılov