Modern.az

Rusiya: NATO silahlı münaqişəyə hazırlaşır

Rusiya: NATO silahlı münaqişəyə hazırlaşır

Dünya

27 Dekabr 2021, 23:42

"NATO Rusiyaya qarşı genişmiqyaslı münaqişəyə hazırlaşır".

 

Modern.az xəbər verir ki, bunu Rusiya Federasiyasının müdafiə nazirinin müavini Aleksandr Fomin xarici ölkələrin Moskvada akkreditasiya olunmuş hərbi attaşeləri üçün keçirdiyi brifinqdə deyib.

 

O qeyd edib ki, Alyansın hərbi quruculuğu bütövlüklə Rusiya ilə yüksək intensivlikli hərbi konfliktə yönəlib.

 

Fomin bildirib ki, NATO-nun doktrina sənədlərində, o cümlədən 2019-cu ilin hərbi strategiyasında Rusiya “koalisyon təhlükəsizliyə birbaşa təhlükə kimi göstərilir”.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama