Modern.az

Ən çox qan Ağdam üçün töküldü…

19 Noyabr 2021, 11:23

İbrahim Nəbioğlu

Kimsə Ağdam verildi deməsin, kimsə Ağdam üçün qan tökülmədi deməsin, kimsə bu tarixi hadisənin dəyərini azaltmağa təşəbbüs etməsin!..


Ağdam verilmədi, alındı!


Özü də çox dəfə alındı - Cəbrayıl alınanda alındı Ağdam, Füzuli uğrunda həftələrlə istehkamlar yarılanda alındı Ağdam. Ağdam Hadrut, Zəngilan, Qubadlı alınanda da alındı.


Ən çox da cəngavərlər Şuşaya girəndə alınmışdı Ağdam. O əlbəyaxa döyüşdə tək Şuşa yox, başda Ağdam olmaqla bütün Qarabağ azad olunmuşdu çünki...


Bir neçə həftə əvvəl Türkiyə TV kanallarından birində "Ağdam Qarabağın açarıdır" demişdim canlı yayımda. Bəli, Ağdam bizdədirsə Qarabağ bizdədir - bu gün də deyirəm.


Ağdam üçün qan tökülmədi deməyin. Ən çox qan elə Ağdam üçün töküldü...


Ağdam tək Qarabağ üçün deyil, ölkəmiz üçün də xüsusi çəkiyə malik bölgəmizdir.


"Ağdam Azərbaycandır" deyirəm!


Bütün Ağdamlıların gözü aydın olsun!

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
ŞOK VİDEO! Rusiya sülhməramlıları yenidən Qarabağa qayıtdı?