Modern.az

Salam QARABAĞ!!!

27 Sentyabr 2020, 17:04

Elşad Eyvazlı 


İllər idi bizə az qala Amerikadan da uzaq görünürdü QARABAĞ, işğal altındakı Yurd Yerlərimiz!

İllər idi bu dünyadan ümidsizliklə, Vətən xiffəti ilə, nisgilli gedirdi o yerlərin ağsaqqalları, ağbirçəkləri!

İllər idi, az qala hər kəsin içində o yerlərin azad ediləcəyi ilə bağlı bədgümanlıq hakim idi.

 

***

2020-Cİ İLİN 27 SENTYABRI...

Dəyişdi dünyamızı... 
 

İndi Amerikadan uzaq görünən Qarabağın içindəyik, ona salam veririk.

Zavallıcasına oturub ölüm gününü gözləyən o yerlərin ağsaqqalları, ağbirçəkləri kəndlərimizin, yüksəkliklərimizin azad edilməsi xəbərindən sonra dirildilər, qıvraqlaşdılar.


Bədgümanalıq hissi yox oldu, indi hamı İrəvana, Zəngəzura gedəcəyinin eşqindədir.

 

 ****

İllər idi, Azərbaycanın torpaqları işğal olunandan bu günə kimi bütün beynəlxalq təşkilatlar, dövlətlər ərazi bütövlüyümüzü müdafiə etdiklərini bəyan edirdilər.

Məcburi köçkünlərin öz evlərinə dönməsini istəyirdilər.

 

***

2020-Cİ İLİN 27 SENTYABRI...

Dəyişdi dünyanı...
 

Azərbaycanın dövlət başçısı, Azərbaycan Ordusu indi o beynəlxalq təşkilatların, dövlətlərin istədiyi kimi ərazi bütövlüyümüzü bərpa edir, məcburi köçkünlərin öz evlərinə getməsinə şərait yaradır. İnsanlarımızın pozulmuş hüquqlarını, yaşamaq haqlarını özünə qaytarır.

Amma nədirsə, ərazi bütövlüyümüzü dəstəkləyən bütün beynəlxalq təşkilatlar, dövlətlər narahat olduqlarını bəyan edirlər. Bəyanatlar verirlər.

Belə çıxır ki, Azərbaycanın öz ərazi bütövlüyünü bərpa etməsindən, azərbaycanlı qaçqın və məcburi köçkünlərin öz evlərinə qayıtmasından narahatdılar.
 

 *** 

Koronavirus aylar idi ki, günümzü göy əskiyə bükmüşdü, bütün həyatı bizə qeyri-müəyyən, mücərrəd etmişdi.

 

***

2020-Cİ İLİN 27 SENTYABRI...

Dəyişdi həyatımızı...

 

Bizə enerji, sevinc, güc, qələbə yaşatdı. Bu günü yaşayan insan dünyanın ən immunitetli insanıdır. Koronavirus onun yanından yel də olub keçə bilməz.


*** 

2020-Cİ İLİN 27 SENTYABRI...

 

Nə yaxşı səni gördük. Bu təqvim gününü görməkdən böyük xoşbəxtlik yoxdur.

 

Bu günü bu xalqa yaşadan Ali Baş Komandana, Azərbaycan əsgərinə nə desək, azdır.

Onlara qiyməti tarix verəcək!

SALAM, QARABAĞ!  

Gəlirik...

 

(Yolüstü yazı)

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?