Modern.az

Azərbaycanda müəllim müəllimi baltaladı

Azərbaycanda müəllim müəllimi baltaladı

Təhsil

19 Dekabr 2012, 18:14

Ağcabədi rayonunda qəhşətli cinayət hadisəsi qeydə alınıb. Ağcabədi Rayon Prokurorluğundan APA-ya verilən məlumata görə, rayonun Boyat kənd sakini, 1949-cu il təvəllüdlü Nizami Araz oğlu Əliyevin yıxılaraq ölmədiyi müəyyənləşib. Belə ki, həyata keçirilən tədbirlər nəticəsində N. Əliyevin müəllim yoldaşı Əli İbrahimov tərəfindən baltalanaraq öldürüldüyü məlum olub.

Prokurorluqdan bildirilib ki, N. Əliyevlə Ə. İbrahimov eyni məktəbdə çalışıblar. Ötən gün onlar arasında su üstündə mübahisə düşüb. Bu gün səhər saatlarında Ə. İbrahimov N. Əliyevi yaşadığı evdən apararaq qətlə yetirib. Hadisəni törədən Ə. İbrahimov saxlanılıb.

Faktla bağlı cinayət işi başlanıb, istintaq gedir.

 Qeyd edək ki, səhər saatlarında yayılan ilkin məlumatda N. Əliyevin şalbandan yıxıldığı və aldığı xəsarətdən xəstəxanada öldüyü bildirilirdi.

Modern.az

Sizə yeni x var
Keçid et
Müharibədə İLK YAŞANDI - Ərdoğan Putinlə Zelenskini görüşdürəcək