Modern.az

“Omicron”a görə Amerikada 12500 təyyarə reysi ləğv olundu

“Omicron”a görə Amerikada 12500 təyyarə reysi ləğv olundu

28 Dekabr 2021, 09:00

Koronavirusun yeni “Omicron” ştamı son iki gün ərzində Amerikada 12500 -dən çox təyyarə uçuşuna mane olub.

 

Modern.az xarici KİV-ə istinadən bildirir ki, təkcə ötən gün 5900 reys təxirə salınıb, 1400 -ə yaxın reys ləğv edilib.

 

Bu gün isə 2200 reysin ləğv ediləcəyi, 3000 -dən çox reysin gecikəcəyi ehtimal edilir. Reyslərin ləğvi və təxirə salınmaları “Omicron” ştamı ilə bağlı olduğu bildirilib. Aviaşirkətdə çalışanların yeni ştama yoluxduğu, bununla bağlı işə gəlmələrdə problem olduğu qeyd edilib.

 

Yeni il bayramı səbəbi ilə səyahətlərin çox olacağı həftəsonunda təxminən 4000 reysin gecikəcəyi və ya ləğv ediləcəyi bildirilib.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Dövlət çevrilişinə CƏHD- həbslərə başlanıldı: Nə baş verir?