Modern.az

Peyvənd olunanlara ödəniş ediləcək

Peyvənd olunanlara ödəniş ediləcək

28 Dekabr 2021, 14:20

Gürcüstanda 50 yaşdan yuxarı peyvənd olunan vətəndaşlara ödəniş olunacaq.

 

Modern.az xarici KİV-ə istinadən bildirir ki, hökumət koronavirus əleyhinə vaksinasiya üçün həvəsləndirmə proqramının müddətini uzadıb və əhatə dairəsini genişləndirib.

 

Yeni qərara əsasən, peyvənd olunanlara 200 lari (110 AZN) məbləğində ödəniş olacaq. Qərar yanvar ayından qüvvəyə minəcək.

 

Qeyd edək ki, qərar əvvəlcə yalnız 60 yaşdan yuxarı vətəndaşlara aid edilmişdi.

 

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Dövlət çevrilişinə CƏHD- həbslərə başlanıldı: Nə baş verir?