Modern.az

Mağazalar xırda pulları niyə QƏBUL ETMİR...

Mağazalar xırda pulları niyə QƏBUL ETMİR...

İqtisadiyyat

28 Dekabr 2021, 16:20

1, 3 və 5 qəpik Azərbaycanda ən xırda pul vahididir. Amma mağazalar bu qəpikləri qəbul etmir. Böyük supermarketlər qəbul etsə də, kiçik və orta ticarət mərkəzləri, digər alış-veriş dükanlarında “biz 3-5 qəpiklik götürmürük” deyirlər. Ancaq özləri pulun qalığını qaytaranda 3 qəpik də verirlər, beş qəpik də...

 

Bu məsələ dəfələrlə gündəmə gətirilsə də, sahibkarlara kar etmir.

 

İqtisadçı Xalid Kərimli Modern.az-a deyib ki, ticarət mərkəzlərində yaşanan bu hallar qanun pozuntusudur:

 

“Ölkədə valyuta tənzimi ilə bağlı qanun var və orada göstərilir ki, milli valyuta ilə hesablamalarda heç bir məhdudiyyət qoyula bilməz. Bu məsələ Mərkəzi Bankın səlahiyyətinə daxildir. Əgər Mərkəzi Bankın 1, 3, 5 qəpiklərin dövriyyədən çıxarılması ilə bağlı qərarı yoxdursa, mübadilələrdə, ödənişlərdə istifadə edilə bilər. Mağazalarda, avtobuslarda xırda pulların qəbul edilməməsi birbaşa Azərbaycan qanunvericiliyinin pozulmasıdır. Bu qanun pozuntusu ilə bağlı vətəndaşlar İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə şikayət edə bilərlər”.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi