Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədov ölkədə hələlik koronavirusa yoluxma halının qeydə alınmadığını bildirib.
Modern.az xəbər verir ki, bu barədə o, Müstəqil Dövlətlər Birliyi (MDB) liderlərinin Sankt-Peterburqda keçirilən qeyri-rəsmi sammitində çıxışı zamanı danışıb.
Onun sözlərinə görə, buna Rusiyanın COVID-19-a qarşı peyvəndləri sayəsində nail olunub.
Prezident qeyd edib ki, Türkmənistan artıq üç rus peyvəndinin – “EpiVacCorona” “Sputnik V” və onun birkomponentli “Sputnik Light” versiyasının istifadəsinə icazə verib.
Türkmənistanda “koronavirus” sözü qadağandır, buna görə də xəstəlik halları ilə bağlı statistika aparılmır. Ölkədə maska rejimi tətbiq edilib, ticarət, ictimai iaşə və nəqliyyatın işinə məhdudiyyətlər qoyulub. Yeni il bayramları öncəsi ticarət məhdudiyyətləri aradan qaldırılıb.
Akif İsmayılov