Yunanıstan Xarici İşlər Nazirliyində (XİN) Türkiyənin müxtəlif ölkələrə zərbə tipli pilotsuz uçuş aparatlarının (PUA) satışı müzakirə edilib.
Modern.az xəbər verir ki, bu barədə Yunanıstanın “Kathimerini” qəzetini məlumat yayıb.
Məlumata görə, bir neçə gün əvvəl Yunanıstan XİN-də ölkənin Baş Qərargahı heyətinin iştirakı ilə “olduqca fövqəladə” toplantı keçirilib. Görüşdə Ankaranın PUA satışları ilə diplomatik əlaqələrinin genişləndirməsi müzakirə edilib.
İclasda Türkiyənin daha əvvəl bu satışlara demək olar ki, təsirinin olmadığı və ya çox məhdud yerlərdə nüfuz qazanmağa başladığı vurğulanıb. Xəbərdə o da qeyd olunur ki, bu məsələyə ilk dəfə toxunulmur və Yunanıstanın xarici işlər naziri Nikos Dendias əvvəllər də bu məsələ ilə yaxından maraqlanıb.
Ancaq günü-gündən artan “Bayraktar TB2” satışları Yunanıstan tərəfinin narahatlığına səbəb olub. Türkiyə PUA-larının Suriya, Liviya, Qarabağ və Donbasdan sonra Efiopiya hökuməti tərəfindən istifadə olunmağa başladığı vurğulanır.
Qeyd edək ki, Türkiyə PUA-ları Ukrayna, Azərbaycan, Polşa, Qətər, Türkmənistan, Qırğızıstan, Mərakeş, Nigeriya, Tunisə satılıb və bir çox ölkələr bu silahlarla maraqlanır.
Akif İsmayılov