Modern.az

İranın nüvə müzakirələri cümə axşamı dayanır

İranın nüvə müzakirələri cümə axşamı dayanır

Dünya

28 Dekabr 2021, 20:41

İranla nüvə sazişinin canlandırılması və ABŞ-ın razılaşmaya qayıtması ilə bağlı Vyanada danışıqların cümə axşamı Yeni il bayramı ilə əlaqədar dayandırılacağı və yanvarın 3-də danışıqların davam etdiriləcəyi bildirilib.

 

Modern.az xəbər verir ki, bu barədə İranın Milli Təhlükəsizlik Ali Şurasına bağlı “Nournews” agentliyi məlumat yayıb.

 

Yeni il bayramı ilə əlaqədar danışıqların 3 gün müddətinə dayandırılacağı və yanvarın 3-də tərəflərin danışıqlar masasına qayıdacaqları bildirilib.

 

Vyanada Rusiya, Çin, Almaniya, Fransa, İngiltərə və İranın yüksək səviyyəli nümayəndələrinin iştirakı ilə nüvə sazişinin tam icrasının təmin edilməsi və ABŞ-ın sazişə qayıtması ilə bağlı nüvə danışıqları keçirilir.

 

Danışıqlarda dolayısı ilə iştirak edən ABŞ İranın müqavilədəki öhdəliklərinə qayıtmasını istəyir, Tehran isə nüvə sazişindən çıxan tərəf kimi ilk növbədə Vaşinqtondan sazişə qayıtmasını, sanksiyaları ləğv etməsini və zəmanət verməsini istəyir. 

 

Tərəflər bildirirlər ki, hazırda 8 raundda aparılan danışıqlarda irəliləyiş əldə olunub.

 

Akif İsmayılov

Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama