Modern.az

Polşa səfirliyinə "molotov kokteyli" atıldı

Polşa səfirliyinə

Dünya

28 Dekabr 2021, 21:53

Türkiyənin Polşadakı səfirliyinin binasına hücum edilib.

 

Modern.az Türkiyə KİV-ə istinadən xəbər verir ki, bu gün yerli vaxtla saat 13.40-da Polşanın paytaxtı Varşava şəhərində yerləşən səfirlik binasının əməkdaşlarına hücum edilib və konsulluğun girişinə 3 ədəd “molotov kokteyli” atılıb.

 

Səfirliyin mühafizəsinə cavabdeh olan polis əməkdaşları hücum edən şəxsi yaxalayaraq zərərsizləşdiriblər. Hücumdan sonra çox sayda polis əməkdaşları səfirlik binasının yerləşdiyi əraziyə cəlb edilib. Hadisə yerində araşdırmaya başlanılıb.

 

Varşava polisi səfirlik binasındakı kamera qeydlərini araşdırıb. Hücum edənin 30 yaşlı kişi olduğu müəyyən edilib. Kimliyi açıqlanmayan həmin şəxs Varşava Polis İdarəsində dindirilir.

 

Hadisə zamanı xəsarət alan olmayıb.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama