Modern.az

Klinik Tibbi Mərkəzdə yeni TƏYİNAT

Klinik Tibbi Mərkəzdə yeni TƏYİNAT

29 Dekabr 2021, 11:13

Son 17 ildə Rusiya Federasiyasında cərrah mama-ginekoloq işləmiş həkim Nigar Yusifova bundan sonra  Kliniki Tibbi Mərkəzdə fəaliyyətini davam etdirəcək.

 

Mərkəzdən Modern.az -a verilən xəbərə görə, cərrah mama-ginekoloq Nigar Yusifova Kliniki Tibbi Mərkəzin tabeliyində olan 5 nömrəli Kliniki Doğum Evinin cərrah mama-ginekoloqu təyin edilib.

 

Qeyd edək ki, Yusifova Nigar Yusif qızı 1981-ci il sentyabrın 7-də Bakı şəhərində anadan olub. Orta təhsilini Bakı şəhəri 5 saylı Kimya Biologiya təmayüllü liseydə alıb. 1998-2004-cü illərdə Azərbaycan Tibb Universitetinin (ATU) Müalicə işi fakültəsində oxuyub. 2004-2006-cı illərdə klinik ordinatura təhsilini mama-ginekoloq kimi Rusiya Federasiyasının Ural Dövlət Tibb Akademiyasında davam etdirib.

 

2008-2011-ci illərdə Rusiya Federasiyası Yekaterinburq şəhərində 7 saylı Doğum Evində həkim cərrah mama-ginekoloq kimi işləyib. Daha sonra fəaliyyətini 2011-2021-ci illərdə eyni şəhərdə yerləşən Klinik Perinatal Mərkəzdə həkim cərrah mama-ginekoloq kimi davam etdirib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Dövlət çevrilişinə CƏHD- həbslərə başlanıldı: Nə baş verir?