Honq-Konqda yerləşən "Stand News" xəbər saytına 200-dən çox polis əməkdaşı basqın edib.
Modern.az xarici KİV-ə istinadən bildirir ki, media qurumu “təxribat xarakterli nəşrlər paylaşmaqda” ittiham olunur.
Media qurumunun direktorları və redaktorları da daxil olmaqla 6 nəfər saxlanılıb.
Honq-Konq Jurnalistlər Assosiasiyası polis basqını ilə bağlı açıqlamada qeyd edib ki, hazırda "Stand News" ofisində axtarış aparılır. Assosiasiya polisin bir il ərzində dəfələrlə yüksək vəzifəli media mənsublarını saxlamasından və xəbər təşkilatlarının ofislərində axtarış aparmasından narahat olduğunu bildirib və hökuməti mətbuat azadlığını qorumağa çağırıb.