“Ötən illə müqayisədə bu il koronavirusa qarşı əldə etdiyimiz nəticələrdə müsbət dinamika var”.
Modern.az xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, infeksionist Təyyar Eyvazov bildirib.
Onun sözlərinə görə, ötən illə müqayisədə yoluxma sayları aşağıdır:
“Demək olar ki, məhdudiyyətlərin əksəriyyəti aradan qaldırılıb. Buna baxmayaraq, əldə etdiyimiz nəticələr qürurvericidir”.