“COVID-19-un idarə olunması ilə bağlı müəyyən sənədlər var”.
Modern.az xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, infeksionist Təyyar Eyvazov bildirib.
Onun sözlərinə görə, burada hansı xəstəyə necə yanaşmaq məsələləri qeyd olunmalıdır:
“Xəstəliyə yoluxan şəxsin xəstəxanada və ya evdə müalicə olunması həkim tərəfindən müəyyənləşdirməlidir. Xəstəliyin gedişində əlamətlər təhlükəli olmaya, evdə müalicə ilə bağlı qərar qəbul oluna bilər. Amma sonra ağırlaşma halı olarsa, həmin şəxsin xəstəxanaya yerləşdirilməsi məcburi hala gəlir”.
T.Eyvazov bildirib ki, xəstəlik digər virus infeksiyaları ilə oxşar olduğu üçün insanlar fərqləndirə bilmir:
“Xəstələndiklərində həkimə müraciət etmirlər. Yüngül və risk qrupuna aid olmayan xəstələr evdə müalicə ala bilər. Vəziyyətdə pisləşmə olduğu zaman qərara baxılmalıdır. Bəzi şəxslər xəstəliyi ağır keçirə bildikləri halda evdə qalmağa israr edirlər və vəziyyətləri çox ağır olanda xəstəxanaya gəlirlər. Bu halda həkimlərin işi çətinləşir”.