Modern.az

Zəngəzur dəhlizinin işə salınması üçün parametrlər yekunlaşır

Zəngəzur dəhlizinin işə salınması üçün parametrlər yekunlaşır

Qərbi Azərbaycan

29 Dekabr 2021, 16:53

Rusiya, Ermənistan və Azərbaycan üçtərəfli işçi qrupu çərçivəsində birgə infrastruktur layihələrinin icrasına başlamaq üçün parametrləri yekunlaşdırır.

Modern.az xəbər verir ki, bunu RİA Novosti-yə müsahibəsində Rusiya xarici işlər nazirinin müavini Andrey Rudenko deyib.
 

“Biz bu formatı Azərbaycan-Ermənistan münasibətlərinin normallaşdırılması üzrə işdə əsas məsələlərdən biri hesab edirik... Hazırda üç ölkə liderinin Soçidə razılaşdırdığı kimi, birgə infrastruktur layihələrinin başlanmasının parametrləri yekunlaşdırılır",-Rudenko deyib.


Onun sözlərinə görə, Rusiya tərəfinin yanaşması ondan ibarətdir ki, müvafiq qərarlar yalnız Bakı ilə İrəvan arasında konsensus olduqda davamlı ola bilər.


“Ona görə də biz Azərbaycan və Ermənistan tərəflərinin maraqlarının vahid “paket”də balanslaşdırılmış şəkildə təmin edilməsinin tərəfdarıyıq”, - deyə nazir müavini fikrini yekunlaşdırıb.


O xatırladıb ki, bu mexanizm çərçivəsində Cənubi Qafqazda nəqliyyat və iqtisadi əlaqələrin blokadadan çıxarılması məsələlərinin bütün spektri, o cümlədən regionda həm dəmir yolu, həm də avtomobil kommunikasiyalarının bərpası nəzərdə tutulur.

Sizə yeni x var
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI