“Fəaliyyəti dayandırılmış Azərbaycan Beynəlxalq Universitetinin rektoru Elşad Abdullayev istintaqa vaxtilə ifadə verib”. Bu barədə Modern.az-a Elşad Abdullayevin vəkili Adil İsmayılov məlumat verib. O, bilidirib ki, Elşad Abdullayev qardaşının işi ilə bağlı Baş Prokurorluqda əvvəllər ifadə verib:
“Elşad Abdullayev vaxtilə qardaşının işi ilə bağlı Baş Prokurorluqda ifadə verib. O, bu ifadəni Bakıda olduğu müddətdə verib”.
Abdullayevin istintaqa yenidən ifadə verməsi üçün Bakıya ekstradisiya olunmasına münasibət bildirən Adil İsmayılovun sözlərinə görə, hazırda belə bir şey gözlənilmir:
“Hazırda Elşad Abdullayevin Azərbaycana gətirilməsi ilə bağlı məsələ yoxdur. Birinci onu şahid kimi cəlb etməlidirlər ki, sonra onu Bakıya gətirə bilsinlər. Amma hələ ki, şahidin ölkəyə gətirilməsi məsələsi yoxdur”.
Baş Prokurorluqdan saytımıza verilən məlumata görə, məlum videoqalmaqalla bağlı açılan cinayət işi haqqında ictimaiyyətə əlavə məlumat veriləcək.
YAP-çı deputat Siyavuş Novruzov fəaliyyəti dayandırılmış Azərbaycan Beynəlxalq Universitetinin rektoru Elşad Abdullayevin istintaqa ifadə verməsi üçün onun ölkəyə gətirilməsinin vacib olduğunu bildirib.
Gültəkin Ələsgər