Modern.az

Bakıdakı ucuz bayram yarmarkalarının SİYAHISI

Bakıdakı ucuz bayram yarmarkalarının SİYAHISI

20 Dekabr 2012, 14:24

Bakıda Yeni İl bayramı ilə bağlı təşkil olunacaq yarmarkaların yerləri açıqlanıb.  İqtisadi İnkişaf Nazirliyindən Modern.az-a verilən məlumata görə, bayram yarmarkaları paytaxtda 10 ünvanda təşkil olunacaq. Yarmarkalar 28-31 dekabr tarixlərində İqtisadi İnkişaf Nazirliyi, Kənd Təsərrüfatı Nazirliyi və Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən keçiriləcək.   

Bayram yarmarkalarının keçiriləcəyi ünvanlar bunlardır:

Binəqədi rayonu

- Dərnəgül yaşayış sahəsi, 6 saylı peşə Liseyinin həyəti;

 

Xətai rayonu

-Bakı kinoteatrının yanı;

 

Nərimanov rayonu

- Əliyar Əliyev küçəsi 26, “Bakı Taxıl” ASC-nin ərazisi;

 

Nəsimi rayonu

- “Təzə bazar”ın ərazisi; - 3-cü mikrorayon, “Tovuz-Baltiya LTD”nin ərazisi;

 

Səbail rayonu

- Badamdar qəsəbəsi, 239 nömrəli məktəbin yanı;

 

Suraxanı rayonu 

- Əmircan qəsəbəsi, Səttar Bəhlulzadə küçəsi 2;  - Yeni Günəşli qəsəbəsi, “Günəş” ticarət mərkəzinin yanı;

 

Yasamal rayonu -

 Şərifzadə küçəsi 131, Bakı Dövlət Rabitə və Nəqliyyat kollecinin yanı.

Modern.az

Sizə yeni x var
Keçid et
Müharibədə İLK YAŞANDI - Ərdoğan Putinlə Zelenskini görüşdürəcək