Modern.az

Dodon 12 milyon dollar mənimsəməkdə ittiham edilir

Dodon 12 milyon dollar mənimsəməkdə ittiham edilir

Dünya

29 Dekabr 2021, 23:16

Moldovanın keçmiş prezidenti İqor Dodon 12 milyon dollar oğurluqda şübhəli şəxs kimi tanınıb.

 

Modern.az xəbər verir ki, bu barədə onun özü məlumat yayıb.

 

O, Baş Prokurorluqda dindirildiyini bildirib. Söhbət 2008-ci ildə elektrik enerjisinin idxalında yol verilən qanunsuzluqlarla bağlı cinayət işindən gedir.

 

“Onlar mənə işin bir hissəsini göstərdilər, dedilər ki, mən təqsirləndirilən deyil, şübhəli şəxsəm”, - İqor Dodon prokurorluqdan çıxışda dindirildikdən sonra deyib.

 

İqor Dodon 2016-2020-ci illərdə Moldovanın prezidenti olub. 2020-ci ildə prezident seçkilərinin ikinci turunda 42,28% səslə Maia Sanduya uduzub.

 

Akif İsmayılov

Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama