Modern.az

Türkiyənin COVID statistikası

Türkiyənin COVID statistikası

Dünya

29 Dekabr 2021, 23:29

Türkiyədə son sutkada yeni növ koronavirusdan (COVID-19) 142 nəfər dünyasını dəyişib.

 

Modern.az xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb.

 

COVID-19 infeksiyası ilə əlaqədar 366 363 nəfərin test edildiyi, 36 684 nəfərin koronavirus testinin pozitiv nəticə verdiyi, 25 638 nəfərin isə bu xəstəlikdən sağaldığı bildirilir.

 

Qeyd edək ki, Türkiyədə indiyədək COVİD-19-a qarşı birinci, ikinci və üçüncü mərhələ daxil 130 571 857 peyvənd tətbiq edilib ki, bunun 91,82 faizi birinci, 83,01 faizi ikinci mərhələ vaksinasiya olunanlardır.

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama