Modern.az

Çempionlar Liqasının püşkü atıldı - RƏQİBLƏRİN SİYAHISI

Çempionlar Liqasının püşkü atıldı - RƏQİBLƏRİN SİYAHISI

20 Dekabr 2012, 15:02

Bu gün Çempionlar Liqasının 1/8 final mərhələsinin püşkatma mərasimi keçirilib. Modern.az-ın məlumatına görə, İsveçrənin Nyon şəhərində baş tutan tədbir rəqibləri müəyyənləşdirib.

Püşkün nəticəsinə əsasən, qardaş Türkiyənin "Qalatasaray" klubu Almaniya "Şalke"si ilə üz-üzə gələcək ki, bu da "Cim-Bom"un baş məşqçisi Fatih Terimin dediyi kimi, onlar üçün münasib rəqibdir.

Ümumilikdə, ÇL-in 1/8 final mərhələsində cütlükləri aşağıdakı kimidir:

"Qalatasaray" (Türkiyə) - "Şalke" (Almaniya)

"Seltik" (Şotlandiya) - "Yuventus" (İtaliya)

"Arsenal" (İngiltərə) - "Bavariya" (Almaniya)

"Şaxtyor" (Ukrayna) - "Borussiya" (Almaniya)

"Milan" (İtaliya) - "Barselona" (İspaniya)

"Real" (İspaniya) - "Mançester Yuneyted" (İngiltərə)

"Valensiya" (İspaniya) - PSJ (Fransa)

"Porto" (Portuqaliya) - "Malaqa" (İspaniya)

1/8 final mərhələsinin ilk oyunları fevralın 12-13-də, cavab görüşləri isə bir həftə sonra keçiriləcək.

Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Müharibədə İLK YAŞANDI - Ərdoğan Putinlə Zelenskini görüşdürəcək