Modern.az

Leykemiyalı uşaqların dərman təchizatında PROBLEM

Leykemiyalı uşaqların dərman təchizatında PROBLEM

Aktual

30 Dekabr 2021, 10:00

Son zamanlar Milli Hematologiya və Transfuziologiya Mərkəzində müalicə alan leykemiyalı uşaqların valideynləri “Leykemiya ilə Mübarizə” İctimai Birliyinə müraciət edərək müalicə üçün vacib olan əksər dərmanların təminatında ciddi problem yarandığını bildirib.

 

Modern.az xəbər verir ki, Milli Hematologiya və Transfuziologiya Mərkəzinin rəhbər şəxsləri faktı İctimai Birliyə təsdiq ediblər. Səbəb kimi müvafiq qurumlar tərəfindən mərkəzin dərman təchizatında problem yarandığı bildirilib.

 

“Leykemiya ilə Mübarizə” İctimai Birliyi yaranan vəziyyətdən narahatçılığını bildirir və müvafiq qurumlara Milli Hematologiya və Transfuziologiya Mərkəzindəki dərman təminatı problemlərini həll etmək üçün müvafiq addımların atılmasını xahiş edir.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Dövlət çevrilişinə CƏHD- həbslərə başlanıldı: Nə baş verir?