Modern.az

İTV-nin Yayım Şurasının tərkibi DƏYİŞDİ

İTV-nin Yayım Şurasının tərkibi DƏYİŞDİ

30 Dekabr 2021, 11:47

İctimai Televiziya və Radio Yayımları Şirkəti Yayım Şurasının tərkibi dəyişib.

 

Modern.az xəbər verir ki, bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “İctimai Televiziya və Radio Yayımları Şirkəti Yayım Şurasının tərkibində dəyişiklik edilməsi haqqında” qərar layihəsində əksini tapıb.

 

Layihəyə əsasən, aşağıdakı şəxslərin namizədliyi 6 il müddətinə İctimai Televiziya və Radio Yayımları Şirkəti Yayım Şurasının üzvü seçilib:

 

Namizədliyi Sahibkarlar Şurası tərəfindən irəli sürülmüş şəxslər:

 

- Zeynalov Vüqar Eldar oğlu

 

Namizədliyi Gənclər Təşkilatı tərəfindən irəli sürülmüş:

 

- Əliyev Azər Ruslan oğlu

 

Namizədliyi qadın cəmiyyətləri tərəfindən irəli sürülmüş:

 

- Yusifova Sevil Şərif qızı

 

Qərar layihəsi səsə qoyularaq bir oxunuşda qəbul edilib.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
“Akıncı” PUA-larımız havada- kəşfiyyat üçüşlarına başlanıldı