Modern.az

Azərbaycan vətəndaşları bu ölkəyə vizasız gedəcəklər

Azərbaycan vətəndaşları bu ölkəyə vizasız gedəcəklər

30 Dekabr 2021, 12:44

Azərbaycanla Qətər arasında viza tələbi aradan qaldırılır.

 

Modern.az-ın məlumatına görə, Milli Məclisin bu gün keçirilən iclasında “Azərbaycan Respublikası Hökuməti ilə Qətər Dövləti Hökuməti arasında ümumvətəndaş pasportlarına malik şəxslərin viza tələbindən azad edilməsi haqqında” Sazişin təsdiq edilməsi məsələsi müzakirəyə çıxarılıb.

 

Müzakirələrdən sonra sənəd səsverməyə qoyularaq qəbul edilib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
“Akıncı” PUA-larımız havada- kəşfiyyat üçüşlarına başlanıldı