Modern.az

Milli Məclis dünya azərbaycanlılarına müraciət etdi

Milli Məclis dünya azərbaycanlılarına müraciət etdi

Parlament

30 Dekabr 2021, 13:00

Milli Məclis dünya azərbaycanlılarına müraciət qəbul edib.

 

Modern.az xəbər verir ki, parlamentdə yaradılmış komissiyanın hazırladığı müraciəti deputat Könül Nurullayeva təqdim edib.

 

Müraciətdə deyilir:


“Əziz həmvətənlər! Xalqımız 30 il ərzində Qarabağın işğaldan qurtarılacağı günün həsrətilə yaşayıb. Artıq bu həsrətə son qoyulub. Dünyanın dörd bir yanında yaşayan həmvətənlərimizin arzusu gerçəkləşib. Bu imkanı xalqımıza Ali Baş Komandan İlham Əliyevlə, Azərbaycan Ordusunun və xalqımızın birliyi qazandırıb. Həmin günlərdə dünyanın dörd bir yanında olan dünya Azərbaycanlılarının xalqımızın haqq işinə dəstəyinin şahidi olduq. Həmvətənlərimizin Qarabağda bərpa quruculuq işlərində iştirak edəcəklərinə də inanırıq. Bu gün Cənubi Qafqazın lider dövləti olan Azərbaycan respublikası dünyanın ən dinamik inkişaf edən ölkələr sırasındadır. Azərbaycanın dünyadakı nüfuzu daha da artır. Xalqımızın birliyinin daha möhkəmləndirilməsi üçün görəcəyimiz işlər az deyil. Sizi ümummilli məqsədlərimizin gerçəkləşməsi naminə daha sıx birliyə çağırırıq”.

 

Müzakirələrdən sonra “Dünya azərbaycanlılarının həmrəyliyi günü münasibəti ilə Azərbaycan Respublikası Milli Məclisinin Müraciətinin təsdiq edilməsi haqqında” qərar layihəsi səsverməyə çıxarılaraq qəbul edilib.

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir