Modern.az

Spiker payız sessiyasında qəbul olunan qanunlardan DANIŞDI

Spiker payız sessiyasında qəbul olunan qanunlardan DANIŞDI

30 Dekabr 2021, 13:12

“Bu gün payız sessiyasının son iclasıdır, 16 plenar iclas keçirilib. 91 qanun və 11 qərar qəbul edilib, 71 qanunda dəyişiklik edilib”.

 

Modern.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında parlamentin sədri Sahibə Qafarova deyib.

 

Sədr bildirib ki, 2021-ci ildə ümumilikdə 38 plenar iclası keçirilib, 189 qanun və 33 qərar qəbul edilib, 154 qanunda dəyişiklik edilib:

 

“Bura “Müstəqillik Günü haqqında, amnistiya ilə bağlı Milli Məclisin qərarı, bərpa olunan enerji ilə bağlı və bu gün qəbul edilən “Media haqqında” qanunlar, dövlət büdcəsi zərfinə daxil olan 22 qanun layihəsi daxildir. Milli Məclis qanunvericilik səlahiyyətlərini tam həcmdə yerinə yetirib”

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
“Akıncı” PUA-larımız havada- kəşfiyyat üçüşlarına başlanıldı