Modern.az

Pirallahı rayonu üçün iki ada və bir yarımada birləşdirilir...

Pirallahı rayonu üçün iki ada və bir yarımada birləşdirilir...

20 Dekabr 2012, 17:28

“Kəndlərin qəsəbələrə, qəsəbələrin şəhərlərə çevrilməsi, yeni ərazi dairələrinin yaradılması inkişafımızla əlaqədardır. Həm əhalinin sayı artır, ərazilər genişlənir, abadlaşır. Digər tərəfdən bu, insanların həyat şəraitinin yaxşılaşdırılması, onların tələb və ehtiyaclarının dolğun ödənilməsi üçün insanların icra strukturlarına, idarəetmə orqanlarına yaxınlaşması üçün çox vacibdir”.

Bu sözləri Modern.az saytına açıqlamasında Milli Məclisin Regional məsələlər komitəsinin üzvi Tahir Rzayev Pirallahı adlı yeni rayonun yaradılması layihəsini şərh edərkən deyib. Pirallahı qəsəbəsində yaşayanların əksəriyyətinin neftçilər olduğunu qeyd edən deputat bildirib ki, onların həyat şəraitini yaxşılaşdırmaq çox vacibdir.

“Orada Neft daşları, Cilov adası kimi adalar var, xeyli sayda adam yaşayır. Mütləq bunlarla əlaqə yaxşılaşdırılmalıdır. Ona görə ki, ildən-ilə neft istehsalı artır. Həm də bu gün neft bizim iqtisadiyyatımızın əsasını təşkil edir. Burada işləyən adamların güzəranı bundan da yaxşı olmalı, onlara münasibət də yaxşılaşdırılmalıdır. Ona görə iki ada və bir yarımada birləşdirilib bir rayon yaradılır”.

Deputat vurğulayıb ki, Neft daşlarında olan problemlərin həlli baxımından yeni rayonun yaradılması vacibdir.
“Bura Xəzər rayonun tabeliyiçindədir, 3-5 aydan bir hansısa icra strukturu və ya digər inzibati orqanlardan gəlib baxa bilərlər. Amma ayrıca rayon olsa, buranın özünün idarəetmə orqanları, icra strukturu olacaq və rayonun büdcəsindən xeyli pul da Neft daşlarının yaxşılaşdırılması, müəyyən infrastrukturun bərpa olunmasına sərf olunacaq.

T.Rzayev vurğulayıb ki, bu gün Azərbaycan turizm ölkəsi kimi tanınır və bu yerlərə turistlərin gələcəkdə axınını təmin etmək çox vacibdir.

“Sovetlər dövrü bizi ora ekskursiya aparırdılar. Onun özü maraqlıdır ki, dənizin içərisində böyük bir şəhər var. Xarici turistlərə o maraqlı deyil ki, harasa gedib yeyib-içəsən, bunlar üçün ancaq bir sıra tarixi yeri görüb, çəkmək daha maraqlıdır”.

Aytən ƏLİYEVA

Whatsapp
Bizə yazın!
Keçid et
Müharibədə İLK YAŞANDI - Ərdoğan Putinlə Zelenskini görüşdürəcək