Modern.az

Prezident xanımı ilə birgə Qusarda açılışlar edib

Prezident xanımı ilə birgə Qusarda açılışlar edib

20 Dekabr 2012, 18:00

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 20-də Qusar rayonuna səfərə gedib. Modern.az-ın prezidentin rəsmi saytına istinadən verdiyi xəbərə görə, dövlət başçısı rayonda “Urva-1” kiçik su elektrik stansiyasının açılışında iştirak edib. Prezident İlham Əliyev stansiyanı işə salıb.

Sonra dövlət başçısı Qusar-Əniğ-Ləzə avtomobil yolunun açılışında iştirak edib. Nəqliyyat naziri Ziya Məmmədov yolun texniki göstəriciləri barədə Prezident İlham Əliyevə məlumat verib. Ölkə rəhbəri yolun rəmzi açılışını bildirən lenti kəsdikdən sonra  Qusarda “Zirvə” və “Qaya” otellərinin açılışına qatılıb. Azərbaycan Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva otellərin açılışında iştirak ediblər.

Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva otellərdə yaradılmış şəraitlə tanış olublar. Səfər çərçivəsində Qusardakı Şahdağ qış-yay turizm kompleksinin birinci mərhələsi istifadəyə verilib. Azərbaycan Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva mərasimdə iştirak ediblər.

Modern.az

Sizə yeni x var
Keçid et
Müharibədə İLK YAŞANDI - Ərdoğan Putinlə Zelenskini görüşdürəcək