Modern.az

Qubada prokuror məhkəmə zalında ağladı

Qubada prokuror məhkəmə zalında ağladı

20 Dekabr 2012, 17:28

Bu gün Quba rayon Məhkəməsində 1 mart hadisələrində təqsirləndirilən 7 nəfərin işi ilə bağlı iclas keçirilib. Modern.az-ın məlumatına görə,  Füzuli Pənahovun sədrliyi ilə iclasda prokuror Soltanməhəmməd İsmayılov təqsirləndirilən şəxlərə azadlıqdan məhrumetmə cəzası tələb edib.

İclasda həmçinin təqsirləndirilən şəxslər Səfər Qəribov, Zimistan Əmiraslanov, Akif Əliyev, Telman Dadaşov, Samir Abdullayev, Məmmədhəsən Əkbərovun hər birinə 5 il müddətinə azadlıqdan məhrumetmə cəzasl istənilib. Habil Əliyevə isə 5 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzası istənilməklə yanaşı, əvvəllər barəsində çıxarılmış qərara əsasən ödənilməmiş qalmş 200 manat cərimənin ödənilməsi də tələb olunub.

Prokuror Soltanməhəmməd İsmayılov cəzanın ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməsini tələb edərəkən göz yaşlarına hakim ola bilməyərək ağlayıb.

Modern.az

Sizə yeni x var
Keçid et
Müharibədə İLK YAŞANDI - Ərdoğan Putinlə Zelenskini görüşdürəcək