Modern.az

Rusiya Ermənistanda hərbi təlimlərə başladı - FAKT

Rusiya Ermənistanda hərbi təlimlərə başladı - FAKT

21 Dekabr 2012, 01:18

Rusiyanın Ermənistanda yerləşən hərbi qüvvələri genişmiqyaslı təlimlərə başlayıb. Modern.az-ın erməni mətbuatına istinadən verdiyi məlumata görə, Gümridə olan rus əsgərləri təlimlərdə dağlıq zonalarda hərbi taktika, yaralıların və döyüş texnikasının daşınması, çətin keçilən dağ aşırımlarında istiqamətin düzgün müəyyənləşdirilməsi üzrə məşqlərə başlayıblar.

Alaqyaz təlim mərkəzində keçirilən təlimlərdə rus əsgərləri   “Qvozdika», «Grad» BMT-21 reaktif  raket sistemlərini sınaqdan keçiriblər.

Hərbi təlimlərin hazırda davam etdiri bildirilir.

 

Anar

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Müharibədə İLK YAŞANDI - Ərdoğan Putinlə Zelenskini görüşdürəcək