Modern.az

Bu gündən yaşayış minimumu və ehtiyac meyarı ARTIRILIR

Bu gündən yaşayış minimumu və ehtiyac meyarı ARTIRILIR

Ölkə

1 Yanvar 2022, 00:35

Azərbaycanda yaşayış minimumu, ehtiyac meyarı, əmək pensiyasının minimum məbləği artırılıb.

 

Modern.az xəbər verir ki, “Azərbaycan Respublikasında 2022-ci il üçün yaşayış minimumu haqqında” qanuna əsasən, bu il üçün yaşayış minimumu yanvarın 1-dən ölkə üzrə 196 manatdan 210 manat qaldırılıb.

 

Yaşayış minimumu əmək qabiliyyətli əhali üçün 220 manat, pensiyaçılar üçün 176 manat, uşaqlar üçün 193 manat məbləğində müəyyən edilib.

 

“Azərbaycan Respublikasında 2022-ci il üçün ehtiyac meyarının həddi haqqında” qanuna əsasən, ünvanlı dövlət sosial yardımının təyin edilməsi məqsədilə 2022-ci il üçün ehtiyac meyarının həddi 170 manatdan 200 manata qaldırılıb.

 

“Əmək pensiyaları haqqında” qanuna dəyişikliyə əsasən isə əmək pensiyasının minimum məbləği 2022-ci il yanvarın 1-dən 240 manat məbləğində müəyyən olunub. Beləliklə, əmək pensiyasının minimum məbləği gələn ildən 20 faiz artırılıb. Ötən il əmək pensiyasının minimum məbləği 200 manat olub.

Sizə yeni x var
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama