Modern.az

Depodan 5000 min manatlıq oğurluq

Depodan 5000 min manatlıq oğurluq

Aktual

1 Yanvar 2022, 13:02

Bakıda depodan 5000 manat dəyərində dəmir profillər və 4150 manat dəyərində dəmir dirəklər və naqil oğurlanıb.

Daxili İşlər Nazirliyindən Modern.az-a verilən məlumata görə, Binəqədi RPİ 4-cü Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisində şirkətlərdən birinin deposundan 5000 manat dəyərində dəmir profillər və 4150 manat dəyərində dəmir dirəklər və naqil oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakinləri, əvvəllər məhkum olunmuş E.İbrahimov, İ.Osmanov və E.Mehdiyev müəyyən edilərək saxlanılıblar.

Araşdırma aparılır.

Sizə yeni x var
Keçid et
Dövlət çevrilişinə CƏHD- həbslərə başlanıldı: Nə baş verir?